Search Mp3

Tempat Cari Lagu Terbaru 2017

“NAMAZı UNUTDUM, PIS VəRDIşLəRə QURşANDıM" - AYDıN XıRDALANLıNıN PEşMANLığı

By

“Namazı unutdum, pis vərdişlərə qurşandım" - Aydın Xırdalanlının peşmanlığı
FAST DOWNLOAD'

Title: “Namazı unutdum, pis vərdişlərə qurşandım" - Aydın Xırdalanlının peşmanlığı
Size: 1.62 MB
Duration: 01:37
Views: 125065
Type : Audio / Mpeg
Bitrate : 192 KBPS
Author: Yeni Kanal
Source: https://www.youtube.com/watch?v=mHJQn0Kcd-w

Tanınmış meyxanaçı Aydın Xırdalanlı xeyli zamandı efirlərdə görünməməsinin səbəbini açıqlayıb.

Yenicag.az-a danışan Xırdalanlı səhhətindəki problemlərdən şikayətlənib. Pis vərdişlərə qurşandığını deyən meyxanaçı bunu tərgitmək istəmədiyini də vurğulayıb:

“Efirlərə çıxmıram, arada məclislərə gedirəm. Əhval-ruhiyyəm də yaxşı deyil. Kaş əvvəlki vaxtlarıma qayıdaydım. 1995-ci ildə ağlı başında adam idim. Füzulinin kitablarını oxuyub ağlayırdım. Çoxlu mütaliə edirdim. Məsciddə namaz qılıb, Allaha dua edirdim. Allah dualarımı eşitdi və mənə şöhrət göndərdi. 2001-ci ildə namazı unudub, meyxana deməyə başladım. Kaş ki, o şöhrət heç məni tapmayaydı. Dəyişdim. Söz yox ki, yenə də həmin sadə oğlanam. Amma başladım pis vərdişlərə qurşanmağa. Bu meyxana sənəti elədir ki, 95 faiz ağırlıq beyinin üzərinə düşür. Meyxana deyəndə beyin hüceyrələri oyanır, yorulursan. Toya gedirsən, beyin yorğun olur. Bir-iki nəfərin acı sözü, bir yandan da toydakı insanların mənfi aurası adamı halsız edir. Gecə yarısı saat 3-də evə gəlirsən, gözünə yuxu getmir. Səhər saat 9 olur və sən hələ də yatmamısan. Məcbur olub, pivədən-araqdan vurursan. Səhhətim də əl vermir. Ürəyim ağrıyır, narahatlıqlarım çoxdur. Bu vərdişləri tərgidə bilmirəm. Əslində istəmirəm də tərgidim, çünki bacarmıram. Sərxoş olanda, bir-iki qafiyə deyib ayılıram”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

FAST DOWNLOAD